Qubada “Tarix-Diyarşünaslıq Muzeyi”nin keçmiş binası baxımsız qalıb. Bu barədə 15 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhərin Ərdəbil küçəsi, 93 ünvanında yerləşən tarixi binada görkəmli alim və mütəfəkkir, şair Abbasqulu ağa Bakıxanov fəaliyyətinə başlamışdır.

Sakinlərin sözlərinə görə, vaxt ötdükcə uçulan bu binaya ürək ağrısız baxmaq olmur. Onların uşaqlıq və məktəb illərinin xatirələri, burada əvvələr yerləşən diyarşünaslıq muzeyi ilə bağlıdır.

Tarixi bina 19-cu əsrin əvvəllərində inşa olunmuşdur. 1943-cü ilin sonlarından muzey kimi fəaliyyət göstərirdi. 10.500- ə yaxın eksponat nümayiş olunurdu. Bugün isə Quba şəhərində Nizami adına parkın ərazisində yerləşən yeni binaya köçürülüb.

Daha öncə, Amsar kəndində yerləşən, 17 il Abbasqulu ağa Bakıxanovun yaşadığı ev-muzeyi haqqında məqalə dərc etmişdik.

photo Shimal.News
photo Shimal.News