Mərkəzi xəstəxana: Xaçmaz, Quba, Qusar üzrə müraciətlərin sayı bəlli oldu

15 Oktyabr 2021, 17:24

photo its.gov.az

Ən çox xidmət göstərilmiş rayon mətndə

Şimal bölgəsində tibbi müəssisələrə müraciətlər sayı açıqlanıb. Bu barədə ShimalNews 15 oktyabr tarixində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə istinadən xəbər verir.

Ölkədə göstərilmiş tibbi xidmət üzrə Xaçmaz rayonu ilk onluqda yer alıb. Burada 74.735 nəfərə rayon mərkəzi xəstəxanası xidmət göstərib. Bu onluqda olmayan rayonlarda, Quba üzrə 54.458 və Qusar üzrə 37.534 şəxs tibbi xidmətdən yararlanıb.

Ötən ay ərzində müraciətlərin çoxu tibbi müayinə, qan dövranı, tənəffüs, endokrin, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm sistemi, mamalıq və ginekologiya, sümük və əzələ, birləşdirici toxuma, zədələr və zəhərlənmələr, göz ilə bağlı olub.

Cari ilin yanvar-avqust ayları ərzində isə bütün ölkə üzrə 2 812 918 şəxs tibb müəssisələrinə müraciət edib. Onların 81%-ı 18 yaşdan yuxarı, 19% isə 18 yaşdan aşağı şəxs olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.