Şimal: sərhəd-keçid məntəqələrinin yolları yenilənir

15 Oktyabr 2021, 14:04

photo aayda.gov.az

4 zolağa gədər genişləndirilmə işləri görülür

Şimalda sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolu yenidən qurulur. Bu barədə ShimalNews 15 oktyabr tarixində “Avtomobil Yolları Dövlət Agentliyi”nə istinadən xəbər verir.

“Xanoba” və “Samur” məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa gədər genişləndirilməsi həyata keçirilir. Bunun üçün “Azəryol elmi tədqiqat layihə” İnstitutu 1C kateqoriyasına uyğun olan layihə hazırlayıb. İşlərin icrası prosesi davam edir.

Beləliklə, Xan Arxı üzərində körpünün inşası yekunlaşıb. Samur-Abşeron su kanalı üzərində tikilən körpünün isə aşırım tirləri quraşdırılır. Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 yol ötürücüsünün və Xanoba ərazisində yol ilə kəsişmədə avtomobil tunelinin tikintisi də yekunlaşır.

“Xanoba” “Şirvanlı” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı yolun yenidən qurulması 2022-ci il ərzində yekunlaşdırılması planlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.