Qubanın “Şahdağ” futbol klubu 4-cü yoxlama oyununu keçirib. Bu barədə ShimalNews 15 oktyabr tarixində klubun rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.
“Şahdağ”ın rəqibi “Neftçi İK” U19 komandası olub. Oyun Lökbatan Stadionunda baş tutub. Quba komandası 4-0 hesabı ilə qalib olub.
Daha öncə, “Şahdağ” Quba FK-nun prezidentinin açıqlamasını dərc etmişdik.