Xaçmazda Ikinci Qarabağ müharibəsinin şəhidi Vüqar Sadıqovun xatirəsi anılıb. Bu barədə 14 oktyabr tarixində məlum olub.

Anım günü ilə bağlı Xaçmaz Regional Mədəniyyət İdarəsinin Xaçmaz rayon MKS-nin Qusarçay, Palçıqoba, Dədəli, Nağıoba, Ləcət, Köhnə Xudat, Qadaş-oba, Canaxır kənd kitabxana filiallarının və Canaxır kənd sənətkarlıq klubunun əməkdaşları şəhidin ailəsi ilə görüşüblər və şəhidin adına inşa edilmiş bulağı ziyarət ediblər.

Sadıqov müharibə başladığı müddətdən hərbi əməlliyyatlarda iştirak etmişdir.​ 13 oktyabr 2020-ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşını xilas edərkən şəhid olmuşdur.

Şəhid Vüqar Sadıqov ölümündən sonra “Füzulinin azad edilməsinə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.