Xaçmazda hazırlıq kurslarının birinci mərhələsi keçiriləcək. Bu barədə ShimalNews 14 oktyabr tarixində Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir.
16-17 oktyabr 2021-ci il tarixlərində, “Zoom” platforması üzərindən onlayn hazırlıq kursları təşkil olunacaq. Buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair materiallar öyrəniləcək. Beləliklə kimya, fizika, biologiya, tarix, coğrafiya, ingilis dili və rus dili fənləri burada yer alacaq.
DİM-də elektron qeydiyyatdan keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər. Daha sonra, 2-ci mərhələdə ev tapşırıqlarının hazırlanması olacaq.