Xaçmazda yol qəzası baş verib. Bu barədə 14 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Zeynalabdin Tağıyev küçəsində axşam saat 18:00 radələrində motosikletçi idarəetməni itirərək bordüra çırpılıb. Nəticədə sürücü başından xəsarət alıb. Hadisə yerinə təcili yardım maşını və polis cəlb olunub. O, Xaçmaz rayon mərkəzi xəstəxanasına aparılıb.
Bu dəqiqəyə olan məlumatı təqdim etdik.
Daha öncə, Xaçmazda qəza nəticəsində 11 yaşlı uşaq ölmüşdür.