Xaçmaz rayonunda inkişaf mərkəzinin təmirə ehtiyacı var. Bu barədə ShimalNews-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, H.Z.Tağıyev küçəsində yerləşən Xaçmaz rayon Uşaq-Gənclər İnkişaf mərkəzində uşaqların tədrisi üçün şərait yoxdur. Bina sovet dövründə inşa edilib və şəraitsiz vəziyyətdədir.

Daha öncə, Xaçmaz rayonu Alekseyevka (Çaykənari), Seyidlər, Həsənqala, Yalama, Qusarçay,  Lecet kəndlərinin məktəblərinin şəraitsiz olması barədə məlumat vermişdik.

Foto Shimal.news
Foto Shimal.news