Faktla bağlı araşdırmalar aparılır
Xaçmazda intihara cəhd hadisəsi olub. Bu barədə Report məlumat verib.
Rayon sakini Səfər Qurbanov çoxmərtəbəli binaya çıxaraq intihara cəhd edib. Sakinlərin və polisin köməyi ilə intiharın qarşısı alınıb.
Hadisə Həsən bəy Rəsulov küçəsində qeydə alınıb.
Faktla bağlı araşdırmalar aparılır.