Xaçmaz Dövlət Miqrasiya Xidməti (DMX) maarifləndirmə tədbiri keçirib. Bu barədə ShimalNews 14 oktyabr tarixində DMX-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Tədbirdə Xaçmazın miqrasiya idarəsinə aid olan Qusar rayonunun ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər. Burada pandemiya dövründə Azərbaycanda miqrasiya proseslərinin idarə olunması haqqında danışılıb. Həmçinin, 919 Çağrı mərkəzi, MİGAZ mobil tətbiqi, digər elektron xidmətlər və yetkinlik yaşına çatmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin leqallaşdırılması barədə məlumat verib.
Maarifləndirmə kiçik miqrasiya xidməti müşaviri tərəfindən canli (online) keçirilib. Sonda iştirakçıların sualları cavablandırılıb.