Qubaya turistlər cəlb olunur

14 Oktyabr 2021, 17:40

tourism-gov-az rəsmi səhifəsindən

Aparıcı səyahət platforması ilə əməkdaşlığa başlanılıb

Quba xarici turistik şirkətin səyahət siyahısına düşüb. Bu barədə ShimalNews 14 oktyabr tarixində Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərinin aparıcı səyahət platforması “DnataTravel” və Azərbaycan Turizm Bürosu əməkdaşlığa başlayıb.

Payız fəslində Qubada və digər regionlarda görməli yerlər, şəhər həyatı və s. haqqında məlumatları əks etdirən informasiya yerləşdirilib. Həmçinin, paxlava masterklası və qolf əcnəbilərin diqqətinə çatdırılıb.

“DnataTravel” Yaxın Şərq və Hindistanın səyahət planlaşdırılması və idarəetməsi sahəsində ən böyük turoperatorudur. İl ərzində 800.000-dən çox səyahət planlamasını həyata keçirir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.