Quba məktəbində FHN təlim keçirib

14 Oktyabr 2021, 9:55

fhn.gov.az sayt rəsmi səhifəsindən

Tədbir Çartəpə kənd məktəbinin binasında baş tutub

Quba rayonunda Fövqəladə Hallar Nazirliyi (FHN) tədbir keçirib. Bu barədə ShimalNews 14 oktyabr tarixində FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Çartəpə kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” adlı təlim keçirilib. Slayd və videoçarxlar ilə təbii və texnogen (böyük həcmli qəzalar, çox sayda insan tələfatına və hətta ekoloji dəyişikliklərə səbəb ola bilən) fövqəladə hadisələr haqqında danışılıb. Həmçinin, ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrinin istifadə qaydaları barədə də məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.