Quba futbol klubunda qubalı oyunçuların yoxluğu məsələsinə açıqlama verilib. Bu barədə ShimalNews 14 oktyabr tarixində “Şahdağ” FK rəsmi səhifəsinə isitinadən xəbər verir.
“Şahdağ” futbol klubunun prezidenti Xanbaba Daşdi bildirib ki, komandada Qubadan olan 4-5 oyunçu var. Onların yaxın günlərdə transferləri açıqlanacaq. Baş məşqçi Qəzənfər Abbasovu qane edən oyunçular komandada yer alacaq.
Həmçinin, komandanın Sumqayıtda məskunlaşması ilə bağlı məlumat verilib. Noyabr ayında Quba Olimpiya İdman Kompleksinin açılışı planlaşdırılıb. Tədbirdən sonra “Şahdağ” burada məşq edəcək.
Daha öncə, Qubanın “Şahdağ” futbol klubunun 3-cü yoxlama oyunu haqqında məlumat vermişdik.