Şimalda torpaq bahalaşıb

14 Oktyabr 2021, 16:55

Depositphotos

İstirahət zonalarına tələbat artır

Şimal bölgələrində torpaq almaq istəyənlərin sayı artır. Bu barədə ShimalNews 14 oktyabr tarixində “Report”a istinadən xəbər verir.

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev torpaq sahələrinin Xaçmaz, Quba, Qusar rayonlarında bahalaşdığını bildirib. Onun sözlərinə görə, şəhərlərin mərkəzində torpağın 1 sotu 7000-10.000 manat arasında dəyişir və daha baha qiymətə satılan da var. Kənd ərazilərindədə həmçinin artım müşahidə olunur. Məsələn, Quba rayonunda on il əvvəl torpağın sotu 500 manat idi, bu gün isə 8000 manata qədər qalxıb. Bu misal bütün turistik zonalara aiddir.

Ekspert hesab edir ki, insanların bölgələrdən torpaq alması əlverişli seçimdir: “Daxili turizm inkişaf etdikcə ölkə vətəndaşları Azərbaycanın turistik zonalarına istirahətə gedirlər. Çünki bu ərazilər həm məsafə baxımından daha yaxındır, həm də öz bölgələrimizdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.