Şimal bölgələrində ornitoloqlar ekspedisialar keçiriblər

14 Oktyabr 2021, 15:00

Envato

Qırmızı Kitabın 3-cü nəşri üçün materiallar toplanıb

Qusar və Quba rayonlarında ornitoloqlar tərəfindən ekspedisialar keçirilib. Bu barədə ShimalNews 14 oktyabr tarixində “trend”-a istinadən xəbər verir.

Azərbaycan Respublikasının Qırmızı Kitabının 3-cü nəşrinin hazırlanması istiqamətində işlər aparılır. Bununla bağlı biologiya elmləri doktoru Elşad Əhmədov məlumat verib.

Ornitoloqlar Quba rayonunda iyul, avqust və sentyabr aylarında tədqiqat işlərini həyata keçiriblər. Nəticədə imperator qartalı, çöl muymulu, şahin qızılquş, adi arıyeyən, qaragöz qızılquş, cırtdan qartala dair materiallar toplanıb. Daha sonra Qusar rayonu ərazisində ekspedisiya nəticəsində leşyeyən ağkərkəs, keçəl qarakərkəs, saqqallı kərkəs, ağbaş kərkəs haqqında materiallar toplanıb.

Qırmızı Kitabın II nəşri 2013-cu ildə dərc olunub. Lakin bu günə qədər təsnifatlarda dəyişikliklər edilib. Bu səbəbdən 3-cü nəşrin hazırlanmasında zərurət yaranıb. Yeni Qırmızı Kitab 2023-cü ildə hazır olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.