Qısa müddətdə işlər yekunlaşacaq
Xaçmaz rayonunda qaz sayğacları yenilənir. Bu barədə 13 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Xudat şəhərində yeni qaz sayğaclarının quraşdırılma işlərinə başlanıb. Yaxın zamanlarda abunəçilər tam olaraq yeni avadanlıqla təmin olunacaqlar.
Daha öncə, Xaçmaz rayonu İstisu qəsəbəsinin bir hissəsində qazın olmaması haqqında məlumat vermişdik.

Foto Shimal.news