Xaçmaz rayonunda məişət tullantıları küçələrə səpilir. Bu barədə 13 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, Xudat şəhərinin mərkəzində zibillik təmizlənərkən ətrafa yayılır. Bu hal tullantılar üçün xüsusi ayrılmış yerləri təmizlədikdə mütəmadi olaraq baş verir.

Daha öncə, Xaçmaz rayonunda zibillik illərlə təmizlənməyən ərazilər haqqında məqalə dərc etmişdik.