Xaçmaz rayonunda xurma yığımı başlayıb. Bu barədə 13 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Fermerlərin sözlərinə görə, yığılan məhsulu xaricə və əsasən Rusiya Federasiyasına ixrac edirlər. “1 taxta” yeşik 3-3.5, “2 taxta” yeşik 6.5-7 manata satılır. Bəzi sahibkarlar xurmanı soyuducu anbarlara yığırlar. Qiymətin yüksəldiyi vaxt isə satışa başlayacaqlar.
Xaçmazda 1000 hektara yaxın xurma bağı var. Xurma şimal bölgəsində son 30 ildə əkilməyə başlayıb. Lakin son illər satış qiyməti aşağı olması səbəbindən, fermerlər qilas ağaclarının əkilməsinə üstünlük verirlər.
