Xaçmaz: ibtidai sinif şagirdlərində koronavirus aşkarlanıb

13 Oktyabr 2021, 16:20

Envato

İki sinif distant təhsilə keçirilib.

Xaçmazda iki məktəbdə koronavirus aşkarlanıb. Bu barədə APA məlumat verib.

Rayonun Rəhimoba kənd orta məktəbi və Xaçmaz şəhər Çingiz Abdullayev adına 2 saylı orta məktəbin ibtidai sinif şagirdlərində virus aşkarlanıb.

Bu səbəbdən iki sinif distant təhsilə keçirilib.

Daha öncə, Xaçmazda parklar və uşaqlar üçün əyləncə yerlərinin bağlanması barədə məlumat vermişdik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.