Xaçmaz şəhərinin Günəşli küçəsindəki yolların təmirə ehtiyacı var. Bu barədə Real TV məlumat yayıb.

Sakinlər bildirir ki, qışda palçıq, yayda isə tozdan hərəkət etmək mümkün deyil. Günəşli ilə yanaşı ətrafdakı bir neçə küçədə oxşar vəziyyət müşahidə olunur. Onlar əlavə ediblər ki, massivdə 15 ildən artıqdır yaşayış var. Lakin buna baxmayaraq, yollar heç vaxt təmir edilməyib, asfalt çəkilməyib.

Məsələ ilə bağlı Xaçmaz bələdiyyəsindən bildirilib ki, ərazidə infrastruktur layihələri həyata keçirildiyi üçün yollarda tez-tez qazıntı işləri aparılır. Nəticədə yollar yararsız vəziyyətə düşüb. Buna baxmayaraq, tezliklə həm Günəşli, həm də digər küçələrdə təmir işləri aparılacaq.