Onu Ramzan Kadırovun dəvət edib
Qusarlı həkim Çeçenistanın səhiyyə naziri təyin olunub. Bu barədə ShimalNews 13 oktyabr tarixində “Teleqraf.com”a istinadən xəbər verir.
Elxan Süleymanov Çeçenistan başçısı Ramzan Kadırovun dəvəti ilə Moskvadan Qroznıya gəlib. Yüksək vəzifələrdə çalışdıqdan sonra səhiyyə naziri təyin olunub.
Süleymanov Qusar rayonunun Həzrə kəndində anadan olub. Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Eyni zamanda elmi işini müdafiə edərək tibb elmləri namizədi olub. Daha sonra, Moskvada Rusiya “N.N.Bloxin adına Onkologiya Mərkəzi”nin aspiranturasını başa vurub.