Qubanın Timiryazev qəsəbəsinin yolları yararsız vəziyyətdədir. Bu barədə ShimalNews-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, qəsəbənin daxili yollarının təmirə ehtiyacı var. Qış aylarında hərəkət etmək mümkün olmur. Bütün yol palçıq və bataqlıq olur. Bəzi yollarda kanalizasiya quyusunun qapağı yoxdur. Bu hal sürücülər üçün təhlükə yaradır.

Oxşar hal, Qubanın Sahil və Vidadi küçələrində müşahidə olunur. Qeyd olunan küçələrdə asfalt çəkilməyib.

Daha öncə, Qubada Heydər Əliyev prospektində yerləşən bazarın ətrafındakı yolun yararsız vəziyyətdə olduğu barədə məlumat vermişdik .

Foto Shimal.news

Foto Shimal.news
Foto Shimal.news