Quba rayonunda, Qrızdəhnə kəndində torpaq sürüşməsi baş verib. Bu barədə 13 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Sakinlərin sözləinə görə, 100 metr qalınlığında torpaq layı sürüşüb. Kəndin bir hissəsi, əsasən qəbirstanlıq uçulub. Sürüşmə davam etsə, aşağı səviyyədə yerləşən Qudyalçay ərazisi təhlükə altında qalacaq.
Hadisə gecə saatlarında baş verib. Aidiyyatı qurumlar cəlb olunub, ərazidə tədbirlər həyata keçirilir.
Daha öncə, Qubanın dağlıq Qrız kənd məktəbinin yeni binasının inşa edilməsi haqda məlumat dərc etmişdik.