Dövlət Pedaqoji Universitetinin Quba filialının loqosu təsdiq edilib. Bu barədə 13 oktyabr tarixində məlum olub.

Loqonun işarələrin izahı: içərisindəki 8 hissədən ibarət olan rombşəkilli güşələr ləyaqət, ədalət, məsuliyyət, şəffaflıq, doğruluq, demokratiya, humanistlik, ümumbəşərilik ifadəsi olaraq ümumilikdə onların birləşməsindən alınan səkkizgüşəli ulduz isə bütövlük anlamında Azərbaycançılıq ideologiyasını əks etdirir. Güşələrin arasındakı açıq kitab formalı qrafiq təsvirlər isə bilik öyrənmənin fasiləsizliyini ifadə edən təhsilin ümumi rəmzidir. Göy, qırmızı, yaşıl rənglər Azərbaycan bayrağının rənglərini ifadə etməklə, milli kökə bağlılığı, zeytun budaqları isə inkişafı, gələcəyi, sülhü və zəfəri simvolizə edir.

ADPU-in Quba filialının loqosu təhsilin ümumbəşəri və milli xarakter daşımasının əsas prinsiplərini, ideyalarını özündə yaşadan, ali təhsil ocağını təmsil etmək məqsədi daşıyan qrafik işarələrdən ibarət rəsmi simvoldur.