Şimalda gömrük postunda yük avtomobillərindən ibarət növbə yaranıb. Bu barədə 13 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Samur gömrük postunda, Azərbaycan-Rusiya istiqamətində sıxlıq müşahidə olunur. 600-ə yaxın yük nəqliyyat vasitəsi keçid gözləyirlər. Buna səbəb tranzit və mövsümlə əlaqədar yük daşıma sayının artmasıdır.
Sözügedən post gündəlik 250-ə qədər yük maşınlarının buraxılışını həyata keçirə billər. Zəruri hallarda bu sayı artırmaqda mümkündür. Lakin Rusiya tərəfindən bu imkan yoxdur.