Şimal bölgələrində əhali mavi yanacaq təminatında sıxıntı yaşayır. Bu barədə 13 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Quba, Qusar və Xaçmaz sakinləri olan izləyicilərimiz, qaz ilə bağlı məlumatı mütəmadi olaraq bizimlə bölüşürlər. Ən çox aşağıda sadalanan ərazilərdən məlumat verilir:
- Qubanın İsnovqışlaq, Gədikqışlaq, Zərqova, Çiçi, Səbətlər kəndləri;
- Xaçmazın Maqsudkənd, Yalama, Bəbəli, Uzunoba, Yataqoba, Meçitoba, Tikanoba kəndləri;
- Qusarın Kuzunqışlaq və Xürəl kəndləri.
Sakinlərin sözlərinə görə, soyuq aylar ərəfəsində onlar evləri qızdırmaq üçün odundan istifadə etmək məcburiyyətində qalırlar. Pul ilə oduncaq əldə etməyə bir çox insanların imkanı çatmır.
Daha öncə, Qubanın Timiryazev qəsəbəsində 150 ailə və Xaçmazın Yalama qəsəbəsində 100-ə yaxın ailənin 6 ildir ki, qazlaşdırılmanı gözlədikləri barədə dərc etmişdik.