Xaçmaz şəhərində piyadalar avtomobil yoluna çıxmağa məcbur olurlar. Bu barədə 12 oktyabr Shimal.News-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, Heydər Əliyev prospektində yerləşən “Şəxsiyyətlər” parkının arxasında, səki tikinti tullantıları ilə zəbt olunub. İnsanlar məcbur olub avtomobil yolunun hərəkət hissəsinə çıxırlar. Burada isə döngə olduğuna görə təhlükəlı hal yaranır. Keçən ildən bu günə kimi maneə aradan qaldırılmayıb.

Daha öncə, Xaçmaz şəhərində səkilərin təmir-bərpa işləri haqqında məlumat vermişdik.