Xaçmaz: fermerlərə payız əkini ilə bağlı təlimlər keçirilib

12 Oktyabr 2021, 14:39

kend tesarufatlar nazirliyi rəsmi Facebook səhifəsindən

Təlimdə fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb

Xaçmazlı fermerlər payızlıq əkinlərlə bağlı maarifləndiriliblər. Bu barədə 12 oktyabr AZƏRTAC xəbər verib.

Dövlət Toxum Fondunun Əkinçilik və Tərəvəzçilik Elmi-Tədqiqat institutları ilə birgə Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) təşkil etdiyi təlimlərdə yerli fermerlərə payız əkini haqqında məlumat verib.

Təlimin məqsədi payızlıq əkinlərə qulluğun səmərəliliyini yüksəltmək üçün fermerləri məlumatlandırmaq, həmçinin payızlıq əkinlərinə hazırlıq işləri ilə əlaqədar görüləcək aqrotexniki tədbirlərin gecikməməsi üçün mütəxəssis tövsiyələrini vermək olub.

Təlimdə fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb, maarifləndirici kitabçalar paylanılıb.

Daha öncə, taxılçılıqla məşğul olan fermerlər payız əkininə başlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.