Qusarda “Start IT” layihəsi onlayn formatda davam edir

12 Oktyabr 2021, 9:43

qusar-gencleri-rəsmi Facebook səhifəsindən

Dərslər Zoom platformasında keçirilir və ödənişsizdir

Qusarda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinin təşkilatçılığı ilə “Start IT” layihəsi artıq onlayn formatda davam edir.

Klubdakı gənclər, “Photoshop” proqramından “Minimalist” posterlərin necə hazırlamağını öyrəniblər. Qeyd edək ki, dərslər hər həftənin cümə axşamı saat 20:00-da Zoom platformasında keçirilir və ödənişsizdir.

İştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan linkə daxil ola bilərlər: https://linktr.ee/qusargikm

Daha öncə, Qusarda 15 sentyabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar nümayəndəliyinin təşkilatçılığı ilə “Start IT” layihəsi baş tutmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.