Qusarın Piral kəndində şəhid Kərim Hüseynovun ildönümü mərasimi keçirilib. Bu barədə 12 oktyabr tarixində məlum olub.

Mərasimdə şəhidin ailə üzvləri, Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, rayonun hüquq-mühafizə orqanlarının və idarə-müəssisələrin rəhbərləri, YAP rayon təşkilatının rəhbərliyi və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mərasim iştirakçıları əvvəlcə şəhidin xatirəsini ehtiramla yad ediblər. Rayon rəhbərliyi şəhidin ailəsinin qayğıları ilə maraqlanıb.

Daha öncə, Xaçmazda şəhid baş gizir İlqar Hüseynlinin şəhadətinin ildönümü qeyd olunmuşdur.