Taxılçılıqla məşğul olan fermerlər payız əkininə başlayırlar. Bu barədə AzTv məlumat verib.
Dövlətin verdiyi dəstək Qusarlı taxılçılara təsir göstərib. Güzəştli şərtlərlə alınan texnikalar, eləcə də əkin və məhsul subsidiyası artıq öz müsbət nəticəsini göstərir.
“Buğda məhsulu üzrə 32,1 sentner, arpa məhsulu üzrə isə 29,3 sentner məhsul almışıq. Ümumi 23.085 hektar ərazidən 72.480 ton məhsul əldə olunub. Hal-hazırda rayonda payızlıq əkinləri üzrə hazırlıq işləri görülür.” – DAİM-in (Dövlət Aqrar İnkişaf Mərkəzi) direktoru Rauf Minhacov bildirib.
Gələn yay bol məhsul götürmək üçün indidən nəzərə alınası vacib məqamlar var. İlk növbədə torpağın analizi aparılmalı və vaxtında şumlanmalıdır. Həmçinin, toxumlar sertifikatlı olmalıdır.