Qubada tapılan məzarlığa baxış keçirilib

12 Oktyabr 2021, 17:40

Envato

II Nügədi kəndin ərazisində sümüklər tapılıb

Quba rayonunda aşkar olunmuş məzarlıq haqqında mütəxəssislər fikir bildirib. Bu barədə ShimalNews 12 oktyabr tarixində bizim.media istinadən xəbər verir.

II Nügədi kənd ərazisində, tarixi məzarlıq tapılmışdır. Mütəxəssislər təpəlikdə yerləşən əraziyə geniş şəkildə baxış keçiriblər. İnsanların nə vaxt basdırıldığı hələ ki, məlum deyil. Lakin onları yandıraraq quyulara xaotik şəkildə qalaqlandıqları bildirilib. Tapılan sümüklərin birində güllə izi var.

Ümumilikdə iki versiya irəli sürülüb. Biri hansısa dövrdə kütləvi xəstəlikdən ölən insanları yandıraraq quyulara qalaqlayıblar. Digər versiya isə, bu 1918-ci ildə Qubada ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımdır. Lakin dəqiq məlumat araşdırmadan sonra məlum olacaq. Bunun üçün əlaqədar qurumlardan müraciət daxil olmalıdır.

2014-ci ildə sözügedən məzarlıq aşkar edilmişdir. Yağış suları yuduqca, təpənin yüksəkliyindən insan sümükləri üzə çıxır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.