Quba rayonunda uşağı yük avtomobili vurub. Bu barədə 12 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şahidlərin sözlərinə görə, Ağbil kəndində 7-ci sinif şagirdi Murad Bəkirov yolu keçərkən “Kamaz” markalı yük avtomobili onu vurub. Hadisə şəhidlərin xatirə kompleksi açılışı zamanı baş verib. Tədbirdə dövlət qurumları və vəzifəli şəxslər iştirak edirdi. Onların göstərişi ilə uşaq minik avtomobilinə yerləşdirilərək, 2 DYP-nin xidməti nəqliyyat vasitəsinin müşahidəsi ilə xəstəxanaya çatdırılıb.

Həkimlər xəsarət alanın vəziyyəti orta qiymətləndirir.

Daha öncə, Qubanın Ağbil kəndində şəhidlər bulağı və xatirə kompleksi inşa edilməsi haqqında məlumat vermişdik.