Qubada mərkəzi yolda uzun müddət ki, kanalizasiya quyusunun qapağı yoxdur. Bu barədə 12 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Şəhərin Heydər Əliyev prospekti ilə Əziz Əliyev küçəsinin kəsişdiyi ərazidə lyuk qapağı sınıb. Sakinlərin sözlərinə görə, uzun müddətdir ki, avtomobillər bu maneədən zərər çəkir.

Oxşar hal Timiryazev qəsəbəsində müşahidə olunur. Yeni yaşayış massivində yolun ortasında lyukun olmaması sakinləri narahat edir.