Quba və Qusar beynəlxalq “Expo 2020 Dubai” sərgisində

12 Oktyabr 2021, 10:11

tourism gov az rəsmi səhifəsindən

Milli sərvətlərimizə aid videoçarxlar təqdim olunacaq

Quba və Qusarı əhatə edən şimal istiqamətinin turizm potensialını nümayiş etdirən beynəlxalq tədbir keçiriləcək. Bu barədə ShimalNews 12 oktyabr tarixində Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

“Expo 2020 Dubai” beynəlxalq sərgisi çərçivəsində turizm həftəsinə oktyabrın 11-də start verilib. Bu layihə 2022-ci ilin 31 mart tarixinədək davam edəcək. Həmin vaxt Azərbaycanın təbliğinə həsr olunan silsilə tədbirlər keçiriləcək.

Milli pavilyonumuzda Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim olunacaq. Lakin ilk növbədə aqro və qastro turizm imkanları hədəf tutulub.

Həmçinin, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat yayımlanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.