Quba-Xaçmaz bölgələrində “Məhsul əsaslı məsləhət platformaları”nın pilot layihəsi təşkil edilib. Bu barədə 12 oktyabr tarixində məlum olub.

Bu xidmətin əsas məqsədi fermerlər üçün (xüsusilə kiçik və orta fermerlər) təklif edilən məhsul üzrə məsləhətləri əlçatan etməkdir.

Beləliklə, Qubanın Çaykənarı (Alekseyevka) kəndində alma, Xaçmazın Hacıəlibəy kəndində gilas, Sayad kəndində isə açıq sahədə becərilən pomidor üzrə fasilitator (vasitəçi) cəlb olunub.

Fasilitatorlar təcrübəli fermer və aqronomlar arasından seçilir. Onların texniki biliklərə, problemi anlama və digər bacarıqlara malik olmaları da nəzərə alınacaq.