Xaçmazda şəhidin ildönümü qeyd olunub

11 Oktyabr 2021, 16:27

Xaçmaz Regional Mədəniyyət İdarəsi facebook rəsmi səhifəsindən

Baş gizir İlqar Hüseynlinin xatirəsi anılıb

Xaçmazda şəhid baş gizir İlqar Hüseynlinin şəhadətinin ildönümü qeyd olunub. Bu barədə AZƏRTAC məlumat verib.

Xudat şəhərində keçirilən anım mərasimində şəhidin döyüş yoldaşları, ailə üzvləri, kənd sakinləri və Xaçmaz Rayon İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.

İlqar Hüseynli Vətən müharibəsində Suqovuşan uğrunda qəhrəmanlıqla döyüşüb. Piyadaların döyüş maşınının komandiri olub. 2020-ci il sentyabrın 27-də şəhidlik zirvəsinə ucalan İlqarın nəşini döyüş meydanından 10 gün sonra götürmək mümkün olub. Oktyabrın 9-da Xudat şəhər qəbiristanlığında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə İlqar Hüseynli ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.