Xaçmaz rayonunda avtomobil oğurlayan tutuldu. Bu barədə ShimalNews 11 oktyabr tarixində DİN-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Qoçaqlı kənd sakini A.Cəlilov, ona məxsus “VAZ-2106” markalı avtomobilin oktyabrın 9-da qaçırıldığını bildirmişdir.

Xaçmaz və Qusar RPŞ-nin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirbilər. Nəticədə şübhəli bilinən şəxs saxlanılıb. Sumqayıt şəhər sakini F.Quliyev axtarılan avtomobillə birgə Qusar rayonu ərazisində saxlanılmışdır.

Araşdırma davam edir.

Oxşar hal, Şabran rayonu ərazisində baş vermişdir.