Xaçmaz rayonunda 2 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ShimalNews-a məlumat daxil olub.

Nərəcan kəndində “VAZ 21099” markalı minik avtomobilin sürücüsü idarəetməni itirib və “MAN” markalı yük nəqliyyat vasitəsilə toqquşub.

Digər hadisə Xudatın “aşağı məhəllə” adlanan ərazisində qeydə alınıb. Yolda ağ maşının qabağına başqa bir maşın çıxıb və nəticədə sürücü idarəetməni itirərək yolun kənarında dayanan göy avtomobilə çırpılıb.

Her iki qəzada xəsarət alan olmayıb.

Foto Shimal.news
Foto Shimal.news