Quba rayonu Qaraçay qəsəbəsi, Paşaoba, Vladimirovka kəndləri və Dəvədabanı yaşayış massivində yollar yararsız vəziyyətdedir. Bu barədə ShimalNews-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, bu yolların təmirə ehtiyacı var. Onlar əlavə ediblər ki, uşaqların məktəbə gediş-gəlişində çətinlik yaranır, qış aylarında isə hərəkət etmək mümkün olmur.

Oxşar hal, Qusar rayonu Əniğ kəndində də müşahidə olunur.

Daha öncə, Qubada, Ağ məscidin yaxınlığında yerləşən Genclər küçəsindəki yolların vəziyyəti haqda məlumat vermişdik.

Foto Shimal.news
Foto Shimal.news