Qubada qırmızı işıqda keçən nəqliyyat vasitəsi qəza törədib. Bu barədə 10 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Şəhərin M.P.Vaqif küçəsində, saat 22:00 radələrində, “Mercedes” və “Ford” markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Şahidlərin sözlərinə görə, qəza “Mercedes”in işıqforun tələblərini pozduğuna görə baş verib.
Xəsarət alan yoxdur.
Daha öncə, 6 oktyabr tarixində Quba-Xaçmaz yolunda baş verən qəza haqqında məlumat dərc etmişdik.