Susay-Xınalıq avtomobil yolunun tikintisi icra olunur. Bu barədə ShimalNews 11 oktyabr tarixində “Avtomobil Yolları Dövlət Agentliyi”nə istinadən xəbər verir.
Layihə üzrə yolun 30 km uzunluğunda kipləşdirmə işləri görülüb və yeni yatağ inşa edilib. Sel və yağış sularının yol yatağından kənarlaşdırılması üçün 19 dairəvi suötürücü dəmir-beton boruların, 1 düzbucaqlı su keçidinin tikintisi aparılır. Bütün işlər 1500-2500 metr hündürlükdə, çətin relyefdə görülür.
Nəticədə, 8000-ə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin sərnişin və yükdaşıması təmin olunacaq. Əlavə olaraq yolun tikintisi turizm potensialının və marşrutlarının yaranmasına gətirib çıxaracaq.