Qubanın “Şahdağ” futbol klubu 3-cü yoxlama oyununda 11 oktyabr tarixində iştirak edəcək. Bu barədə klubun rəsmi səhifəsində məlumat dərc edilib.

“Şahdağ”ın rəqibi “Region Liqası”nın debütantı “Cəbrayıl”futbol klubu olacaq. Yarış saat 12:00-da, Sumqayıtın “Kapital Bank Arena” stadionunda keçiriləcək.

Daha öncə, 2-ci oyunun keçirilməsi haqqında məlumatı dərc etmişdik.