Xaçmaz və Qusar rayonlarının bəzi kəndlərində elektrik təsərrüfatı yararsız haldadır. Bu barədə 11 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Xaçmazın Qımılqışlaq, Tikanoba, Qusarın Xürəl və Torpaqkörpü kənd sakinlərinin sözlərinə görə, elektrik təminatı əhaliyə ziyan vurur. Külək və yağış olduqda, işıqlar sönür. Digər vaxt isə cərəyanın qeyri stabil olması məişət texnikasını sıradan çıxardır. Hətta ATS-ın dəfələrlə yanmasını halı olub. Həmçinin, naqillərin zədəli olması təhlükə yaradır.
Daha öncə, Quba rayonunun Məçkə-xacə kəndində elektrik təsərrüfatının vəziyyəti haqqında məlumat paylaşmışdıq.
Foto Shimal.news