Xaçmazda psixoloji və nitq inkişaf mərkəzi (PNİM) ödənişsiz konsultasiya keçirir. Bu barədə 9 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

“Loqos” PNİM-də Zəfər Bayramı ilə əlaqədar xeyriyyə aksiyası 1 ay ərzində 9 noyabr tarixinədək aktivdir. Bütün yaş qrupları üçün pulsuz konsultasiyalar keçirilir.

Müraciət etmək istəyənlər şəhərin, N. Nərimanov küç., 77A (H.Əliyev mərkəzi ilə üzbəüz) ünvanına yaxınlaşa bilərlər. Mərkəz bazar ertəsi-şənbə günləri, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Əlaqə nömrəsi: (+994) 23-325-35-69

Daha öncə, Qusarda ödənişsiz loqoped və psixoloqun qəbulu haqqında məlumat vermişdik.