Xaçmazda şəhid xatirəsinə bulaq istifadəyə verilib

9 Oktyabr 2021, 10:20

xacmaz icra hakimiyyetinin rəsmi Facebook sehifəsindən

Mərasimdə şəhidin döyüş yoldaşları iştirak ediblər

Xaçmazda şəhidin xatirəsinə abidə-bulaq kompleksi istifadəyə verilib. Bu barədə Trend məlumat verib.

Nərəcan kəndində Vətən müharibəsi şəhidi Qürbət Tarverdiyevin xatirəsini əbədiləşdirmək məqsədilə şəhadətinin ildönümündə abidə-bulaq kompleksi istifadəyə verilib. Keçirilən mərasimdə şəhid ailələri, şəhidin döyüş yoldaşları, kənd sakinləri və Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

22 yaşlı kəşfiyyatçı Qürbət Tarverdiyev, Xocavənd və Füzuli döyüşlərində iştirak edib. Oktyabrın 5-i Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.