Qusarda AFFA-nın rəhbərliyi gənc futbolçularla görüşüb. Bu barədə ShimalNews 9 oktyabr tarixində Azərbayan futbol federasiyası assosiasiyasına istinadən xəbər verir.

Tədbir Qusar şəhər 4 saylı orta məktəbin meydançasında baş tutub. Futbol federasiyasının icraçı vitse-prezidenti Elxan Məmmədov, “Səbail” futbol Kubunun üzvləri Rahid Əmirquliyev və Kamran Ağayev aşağı yaş qruplarından ibarət  komandaların üzvləri ilə görüşüb. Balaca futbolçulara toplar və formalar hədiyyə olunub. Daha sonra simvolik oyun keçirilib.

Daha öncə, Milli qəhrəman Çingiz Qurbanovun xatirəsinə futbol turniri keçiriləcəyini xəbər vermişdik.