Qubada yeni məktəb binası tikilir. Bu barədə 9 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Fərhad Həmzəyev adına Digah kənd məktəbinin binası sökülüb, yerinə yeni bir bina inşa olunur. Məktəbin təmir işlərinin başa çatması gələn tədris ilinə kimi planlaşdırılır. Sakinlərin sözlərinə görə, tikilən 360 şagird yerlik, üçmərtəbəli bina bütün müasir standartlara cavab verəcək.

Daha öncə, Qubanın ən böyük məktəbinin açılışı olmuşdur.