Qubada “8 noyabr – Zəfər günü”nə həsr olunmuş şahmat turniri keçiriləcək. Bu barədə 9 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Uşaq-Gənclər İdman-Şahmat məktəbində IV şahmat turu baş tutacaq. Tədbir 10 oktyabr tarixində, saat 09:30-da planlaşdırılıb. Yarışda yalnız müəssisənin tələbələri iştirak edəcək.

Məkan: Quba şəhəri, Nizami Parkı.
Əlaqə nömrəsi: (023) 335-28-23.

Daha öncə, Qusar rayonunda beynəlxalq şahmat turniri keçirilməsi haqqında məlumat vermişdik.