Xaçmaz rayonunda Günərzi qayğı mərkəzi açılıb. Bu barədə 8 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Mərkəz 3-12 yaş arası olan, bir qismi sağlamlıq imkanları məhdud 30 uşaq qayğı ilə əhatə olunacaq. Mərkəzdə uşaqlar yemək və yataqla təmin edilirlər. Günərzi qayğı mərkəzlərində uşaqların bacarıqlarının inkişafı istiqamətində işlər baş tutacaq. Bunun üçün psixoloqlar, loqopedlər və müəllimlər tərəfindən dərslər keciriləcək.
Günərzi qayğı mərkəz M.K.Atatürk küçəsi 32 ünvanında yerləşir, saat 08:00 dan 19:00 dek fəaliyyət göstərir.
Xidmətlər tam olaraq ödənişsizdir.